Paşinyan bir gün bir-birinə zidd fikir söyləsə gərək buna da təəccüblənməyək.

21-04-2023, 08:04           
Paşinyan bir gün bir-birinə zidd fikir söyləsə gərək buna da təəccüblənməyək.
Nikol Paşinyanın “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır” cümləsi erməni radikallarını qəzəbləndirib, sağa-sola açıqlamalar verirlər, bu xora bütün ermənilərin katolikosu II Qaregin də qoşulub.
II Qaregin 2020-ci ilin dekabrında Paşinyanı istefa verməyə çağıran açıqlamasını təkarlayıb və istefayla bağlı tələbinin müddətsiz olduğunu vurğulayıb. Katolikos Ermənistanda vəziyyətin gərgin və təhlükəli olduğunu da sözlərinə əlavə edib.
Bunlardan sonra Paşinyan geri çəkilib və onun ərazi bütövlüyü ilə bağlı fikirlərinin doğru anlaşılmadığını iddia edib.
Paşinyan bir gün “Azərbaycanın ərazi bütövlüyünün tanınması Qarabağın Azərbaycanın ərazisi kimi tanınması anlamına gəlmir” kimi bir-birinə zidd fikir söyləsə gərək buna da təəccüblənməyək.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru