“NATO-nun sabiq baş katibinə Ermənistana səfər üçün niyə pul veriblər?”

21-04-2023, 11:14           
“NATO-nun sabiq baş katibinə Ermənistana səfər üçün niyə pul veriblər?”
Ermənistan hökuməti güman ki, siyasi səbəblərə görə ictimaiyyətə açıqlaya bilmədiyi fikirlərin
səsləndirilməsi üçün NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenə İrəvana səfər etmək
üçün pul ödəyib.
Bu barədə “Euronews” telekanalının saytında dərc olunan məqalədə deyilir.
“Ukraynada müharibənin davam etdiyi dövrdə NATO-nun sülhü təmin etmək üçün yaradılan
təşkilat olduğunu unutmaq asandır. O zaman alyansın keçmiş baş katibi Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) sədri olan Ermənistana niyə səfər edib?”, – məqalə müəllifi qeyd
edib.
Bildirilib ki, səfər zamanı A.Rasmussen verdiyi müsahibədə Bakı ilə İrəvan arasında sülh
perspektivləri mövzusuna toxunub və qonşu dövlətlə sülh müqaviləsinin imzalanmasının
Ermənistan xalqına iqtisadi baxımdan ciddi fayda verəcəyini xüsusilə qeyd edib.

Məqalə müəllifi xatırladıb ki, 2020-ci ildə Azərbaycan NATO-ya üzv olan dövlətlər daxil olmaqla,
beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan və bir zamanlar Ermənistanın işğalı
altında olmuş Qarabağı azad edib:
“Qonşu Azərbaycanla sülh və iqtisadi əməkdaşlıq son nəticədə Ermənistanın yoxsul əhalisi üçün
daha yaxşı həyat üçün yeganə əlverişli yoldur. Bunun alternativi isə Rusiyadan asılı olmaq və
təcrid vəziyyətində yaşamaqdır”.
Müəllif bildirib ki, NATO-nun sabiq baş katibi verdiyi müsahibədən sonra sosial şəbəkələrin
erməni seqmentində tənqid edilib:
“Hətta o, Azərbaycanın xeyrinə piarla məşğul olmaqda belə ittiham olunub”.
“Hər halda, A.Rasmussen, şübhəsiz ki, vacib reallığa aydınlıq gətirib: Ermənistanın real
uzunmüddətli müttəfiqi onun qonşusu və qatı düşməni Azərbaycan olmalıdır”, – “Euronews”da
dərc olunan məqalədə sonda vurğulanıb.
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.