Avstriya Rusiyanın iki milyard avroluq aktivlərini dondurub

21-04-2023, 11:38           
Avstriya Rusiyanın iki milyard avroluq aktivlərini dondurub
Avstriya Aİ və ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyir və bu ölkənin maliyyə aktivlərinə aid 2 milyard avroya yaxın vəsaiti dondurub.

Bu barədə Avstriyanın maliyyə naziri Maqnus Brunner məlumat verib.

“Rusiyaya qarşı sanksiyaların effektiv tətbiqi Avstriya, Avropa və ABŞ-nin maraqlarına cavab verir. Biz işğalçıya qarşı Qərbin sanksiyalarını dəstəkləyirik və müharibə başlayandan bəri təxminən 2 milyard avro maliyyə aktivlərini dondurmuşuq”, - Brunner bəyan edib.
Qeyd edək ki, o, aprelin 20-də Vyanada ABŞ Maliyyə Nazirliyinin terrorizm və çirkli pulların yuyulması ilə mübarizə üzrə müşaviri Brayan Nelsonu qəbul edib. Nazir bu görüşün xüsusi olduğunu qeyd edib. Onun fikrincə, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi zamanı Aİ ilə ABŞ arasında strateji əlaqələr böyük əhəmiyyət kəsb edir.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru