Azərbaycan XİN-in Rusiyaya verdiyi notanın xeyri olacaqmı? - “İllərdir Azərbaycan əleyhinə danışan...”

22-04-2023, 08:18           
Azərbaycan XİN-in Rusiyaya verdiyi notanın xeyri olacaqmı? -
"Azərbaycan Xarici İşlər Nazirliyinin nota verdiyi ölkələrin başında Rusiya gəlir. Sözdə Azərbaycanı tərəfdaş adlandıran ölkənin rəsmiləri, hakim partiyanın deputatları, Kremlin media resursları Azərbaycan əleyhinə açıqlamalara ara vermirlər, başları Ukraynada işğalçı müharibəyə qarışsa da, bizi də “unutmurlar”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin Azərbaycan əleyhinə söylədikləri Kremlin Cənubi Qafqaza baxışından irəli gəlir:

"Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Məktubda Dövlət Dumasının deputatının Azərbaycana qarşı ittihamedici bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Duma rəhbərliyinin qiymət verəcəyini zənn etmirəm, əks halda illərdir Azərbaycan əleyhinə danışan Dövlət Dumasında digər komitə sədrinin müavini və hakim partiyanın üzvü Konstantin Zatulinə xəbərdarlıq edirdilər. Bu adam dayanmadan Azərbaycan əleyhinə danışır və kimsə ona demir ki, “Rusiyanın tərəfdaşı olan Azərbaycan əleyhinə açıqlamaları dayandırın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru