Minsk Qrupu böhran içində deyil, ümumiyyətlə yoxdur və bir daha bərpa olunmayacaq.

22-04-2023, 11:08           
Minsk Qrupu böhran içində deyil, ümumiyyətlə yoxdur və bir daha bərpa olunmayacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışları zamanı ermənilərə reallıqları həzm etməyə çalışır.
Ancaq radikallara bu təsir etmir, “Artsax” deyib tutublar, kilsə rəhbəri də onlara qoşulub.
Paşinyan bu gün daha bir reallıqdan söz açıb: “ATƏT-in Minsk Qrupu böhran içindədir. Minsk Qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa bir-biri ilə ünsiyyət qurmurlar. Həmsədrlər bir-biri ilə danışmırlar, “mən onunla eyni masada oturmayacağam” deyirlər”.
Paşinyanın bu sözlərini gücləndirməyə ehtiyac var: Minsk Qrupu böhran içində deyil, ümumiyyətlə yoxdur və bir daha bərpa olunmayacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru