Stoltenberq: "Ukrayna daha çox uğur qazanacaq"

22-04-2023, 08:45           
Stoltenberq: "Ukrayna daha çox uğur qazanacaq"
Baş katib: "Qərbin inanılmaz dəstəyi də kömək edir"

Ukrayna daha çox uğur qazanacaq. AYNA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq “Welt” nəşrinə müsahibəsində bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq təmas qrupunun Ramşteyn aviabazasında keçirdiyi görüşdən sonra bildirib ki, Ukrayna daha çox ərazini azad etmək üçün əks-hücum anını gözləyir.

Stoltenberq əlavə edib ki, Şimali Atlantika Alyansı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında uğur əldə etmək bacarığından xəbərdardır.

O qeyd edib ki, buna digər şeylərlə yanaşı, Qərbin inanılmaz dəstəyi də kömək edir.

Bundan əvvəl Kiyevə səfərindən sonra Stoltenberq bildirib ki, alyansdakı bütün müttəfiqlər Ukraynanın bloka üzv olması ilə həmrəydirlər.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru