BAĞLI QAPI QARŞISINDA

22-04-2023, 16:23           
BAĞLI QAPI QARŞISINDA
İnanclı və ya ateist olmasından asılı olmayaraq İnsan qarşısındakı bütün bağlı qapıları açmağa çalışır. Bu İnsanın xislətindədir. Amma açmaq istədiyin hər qapının açarını əvvəlcədən əldə etmək olmur. Qapının zəngini çalır. Amma qapını açmırlar. Yumruqları ilə qapını döyəcləyir. Yenə də səsinə səs verən olmur. Qapını sındırmağa çalışır. Amma bir çox hallarda gücü çatmır...
Bəziləri yorulub əldən düşür. Bəziləri ümidini itirib ruhdan düşür. Düşünür ki, gücünü və hıyatını üzünə qapanmış qapının açılmasına sərf etməyə dəyməz. Sönük və mənasını itirmiş bir həyat sürməyə razılaşır...
Amma gələcəyimizi, həyatımızın dolğun davamiyyətini o qapını açmağa çalışanlar dəyişə və müəyyənləşdirə bilirlər. Ona görə də sonsuza qədər o bağlı qapını açmağa cəhd etməyə dəyər. Axı, o bağlı qapını açmaqdan imtina edənlər gələcəklərinin üstündən xətt çəkmiş olurlar. Bu isə mənəvi ölümə bərabırdir...
Sürix, 22 aprel 2023-cü il
Rauf Mirqədirov
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru