Almaniyalı general hökuməti “F-16” qırıcılarını Ukraynaya verməyə çağırıb

24-04-2023, 08:32           
Almaniyalı general hökuməti “F-16” qırıcılarını Ukraynaya verməyə çağırıb
“Almaniya Ukraynaya döyüş təyyarələrini təhvil verməlidir ki, ölkə öz təhlükəsizliyini uzunmüddətli perspektivdə təmin edə bilsin”.

Bu fikri istefada olan general, NATO-nun himayəsi altında fəaliyyət göstərən Kosovodakı beynəlxalq təhlükəsizlik qüvvələrinin keçmiş komandanı Erhard Byuler “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bildirib.

General Ukrayna hərbçilərinin zəif təchiz olunmasına görə bilavasitə Almaniya hökumətinin məsuliyyət daşıdığını hesab edir. O bildirib ki, ölkə silah tədarükü ilə bağlı qərarını çox gec qəbul edib, ona görə də Ukrayna hələ də müasir texnika çatışmazlığı yaşayır.

Byuler həmçinin qeyd edib ki, alman rəsmiləri Ukrayna tərəfinin müraciətlərinə mümkün qədər tez cavab verməli və Kiyevə təkcə hava hücumundan müdafiə döyüşü üçün silah deyil, həm də dünyada bolluqda olan “Amerika” istehsalı olan “F-16” qırıcıları kimi döyüş təyyarələrini təhvil verməlidir.//“Report”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.