Zelenski niyə Kirkorovun Moskvadakı evində 6 ay yaşayıb?

24-04-2023, 12:39           
Zelenski niyə Kirkorovun Moskvadakı evində 6 ay yaşayıb?
Rusiyalı estrada müğənnisi Filipp Kirkorov Ukrayna prezidenti Vladimir Zelenski ilə son görüşündən danışıb.

Publika.az xəbər verir ki, bu barədə “Arquments and Facts" nəşri məlumat yayıb.

Müğənninin sözlərinə görə, doqquz il əvvəl Zelenski Rusiya televiziyasına daxil olmaq istəyib. Sənətçi bu işdə ona "Rossiya" telekanalındakı "Faktor A" proqramında kömək edib.

İfaçı, həmçinin gələcək prezidentin Moskvada ayrıca mənzil kirayələmək imkanı olmayanda, onun Filippovski küçəsindəki mənzilində altı ay pulsuz yaşadığını da deyib.

Kirkorov və Zelenski arasında sonuncu görüş 2015-ci ildə Mayamidə alış-veriş mərkəzində baş tutub.

Kirkorov bildirib ki, indi o, köhnə dostunu tanıya bilmir, sanki zombiləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru