3 ölkə NATO-dan Ukrayna üçün zəmanət istədi

25-04-2023, 00:10           
3 ölkə NATO-dan Ukrayna üçün zəmanət istədi
NATO Ukraynanın “boz zona” statusunu birdəfəlik aradan qaldıracaq təhlükəsizlik zəmanətlərini verməyə hazır olmalıdır.
Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirlər Polşa, Çexiya və Slovakiya baş nazirlərinin “Foreign Affairs” jurnalındakı birgə məqalələrində yer alıb.
“Ukrayna üçün müharibədən sonrakı təhlükəsizlik zəmanətlərini planlaşdırmaq hələ tez deyil, çünki Ukrayna gələcək təcavüzə qarşı özünü müdafiə edə bilməsə, heç bir investisiya və davamlı bərpa olmayacaq. NATO-nun Vilnüsdə keçiriləcək sammiti alyansın gələcəyi ilə bağlı çətin, lakin qaçılmaz suallara, o cümlədən onun Ukraynaya münasibəti və Rusiyaya qarşı gələcək strategiyasına cavab verməli olacaq”, - məqalədə qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru