AŞ-nin komissarı işgəncə verilmiş Azərbaycan əsgərinin fotosunun yayılmasını vəhşilik adlandırıb

24-04-2023, 21:21           
AŞ-nin komissarı işgəncə verilmiş Azərbaycan əsgərinin fotosunun yayılmasını vəhşilik adlandırıb
Avropa Şurasının İnsan Hüquqları üzrə Kommissarı Dunya Miyatoviç işgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yayılmasını vəhşilik adlandırıb.

Bu fikirləri Avropa Şurasının İnsan Hüquqları üzrə Kommissarı Dunya Miyatoviç Avropa Şurasının yaz sessiyası zamanı söyləyib.

“İşgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yaymaq vəhşilikdir”, - o qeyd edib.

Komissar azərbaycanlıların yalnız son müharibə zamanı deyil, bundan əvvəlki dövrlərdə də işgəncələrə məruz qaldığını xatırladıb.

“Azərbaycanlı əsgərin adının çəkilərək işgəncələrə məruz qalmış şəkildə sosial şəbəkələrdə şəklini yaymaq onun və ailəsinin ləyaqətini alçaltmaqdır” - o vurğulayıb.

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.