Lavrov Quterreşlə Ukrayna, Suriya və Əfqanıstanı müzakirə edib

25-04-2023, 09:54           
Lavrov Quterreşlə Ukrayna, Suriya və Əfqanıstanı müzakirə edib
ABŞ-nin Nyu-York şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Antoniu Quterreşlə görüşüb. “Report” xəbər verir ki, bu barədə A.Quterreşin ofisi məlumat yayıb.

BMT-nin Baş katibi Rusiya XİN başçısı ilə Ukrayna müharibəsi, Suriya və Əfqanıstanı müzakirə edib. Quterreş taxıl sazişinin həyata keçirilməsində “son maneələr”lə bağlı narahatlığını ifadə edib.

BMT-nin rəhbəri Lavrova Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin genişləndirilməsi və uzadılması təklifləri ilə bağlı məktub da verib. Təşkilatın Baş katibi Rusiyanın taxıl sazişinin həyata keçirilməsi ilə bağlı narahatlığını nəzərə alıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT TŞ-nin iclasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru