Taxılla bağlı sual verdi, "gözəl donunuz var" tərifini eşitdi

25-04-2023, 10:13           
Taxılla bağlı sual verdi, "gözəl donunuz var" tərifini eşitdi
Lavrov taxıl müqaviləsinin vəziyyəti ilə bağlı suala cavab olaraq jurnalistin geyimini tərifləyib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov taxıl müqaviləsinin qüvvədə olub-olmaması barədə suala cavab verməkdən imtina edib.

Belə ki, Lavrov BMT Təhlükəsizlik Şurasının iclasının birinci hissəsi başa çatdıqdan sonra təşkilatın baş katibi Antonio Quterreşlə görüşüb.

Görüş zamanı "Reuters" agentliyinin jurnalisti nazirə taxıl müqaviləsinin vəziyyəti ilə bağlı sual verib. Lavrov jurnalistin sualına cavab olaraq onun geyimini tərifləyib, "gözəl donunuz var" deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.