Məşhur erməni yepiskop: "Paşinyan Allahsızdır"

25-04-2023, 12:23           
Məşhur erməni yepiskop:
"Paşinyan hələ də Apostol Pavelin arxasında gizlənir, o, Allahdan qorxmur, insanlardan utanmır". AzVision.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan 24TV-nin efirində deyib. Yepiskopun sözlərinə görə, ölkədə baş verənlər mənəviyyat məsələsidir. O qeyd edib ki, baş anzir Nikol Paşinyan bu ölkənin xoşbəxtliyini əlindən alıb, daha doğrusu oğurlayıb. Paşinyan məsuliyyət nümayiş etdirib vəzifəsindən getməli idi.

Erməni arxiyepiskop sərsəmlədi: "Yeni qələbələr lazımdır" Yepiskopun fikrincə, hazırki hökumət Qarabağ, Azərbaycanda cəza çəkən erməni məhbuslar və ölkənin digər ciddi problemləri ilə məşğul olmaq əvəzinə, başqa əhəmiyyətsiz problemləri həll edir.

- Sentyabr döyüşlərindən sonra biz hələ də qurbanların sayını bilmirdik. Müdafiə naziri isə bu məsələlərə himayədarlıq etdi. O, hətta şənlik məclisi də təşkil erdi, kefindən qalmayaraq əmlak aldı. Və bu kontekstdə belə bir sual yaranır: gecələr rahat yata bilirsinizmi?!, - siyasətlə məşğul olan erməni din xadimi gileylənib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyəti ilə Erməni Aposto kilsəsi arasında dərin uçurum yaranıb. Ermənistanda kilsə hər zaman siyasətə qarışıb, hətta siyasi elitada əsas söz sahibi olub. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri isə dəfələrlə Azərbaycan xalqının əleyhinə radikal çağırışları ilə seçilib.

Tural Tağıyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.