“Qərb zəifləyir, Rusiya güzəştə gedir...” – “Çinə etibar etmək olmaz”

26-04-2023, 08:45           
“Qərb zəifləyir, Rusiya güzəştə gedir...” –
“Çinə Rusiya ilə Ukrayna arasındakı müharibədə vasitəçi kimi etibar etmək olmaz, çünki Pekinə müharibənin davam etməsi sərf edir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Çexiya Prezidenti Pyotr Pavel “Politika” nəşrinə müsahibəsində deyib.

Pavel hesab edir ki, Çini sülh yox, özü üçün lazım olan “status-kvo”, yəni, müharibənin davam etməsi maraqlandırır: “Çünki müharibənin davam etməsi Rusiyanı (Çin qarşısında) güzəştlərə vadar edir. Həmçinin, Çin üçün yaxşıdır ki, Qərb Ukraynanı dəstəkləyərkən ola bilsin ki, bir qədər zəifləyir. Mən düşünmürəm ki, Çin həqiqətən müharibənin qısa müddətdə bitməsində maraqlıdır”.

Çexiya Prezidenti deyib ki, Çin Rusiya-Ukrayna müharibəsindən çox şey öyrənməyə və özü üçün mənfəətlər əldə etməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru