İsa Qəmbərin oğlu ermənilər haqda film çəkdi –

26-04-2023, 12:38           
İsa Qəmbərin oğlu ermənilər haqda film çəkdi –
Müsavat partiyasının sabiq sədri İsa Qəmbərin Kanadada yaşayan oğlu, ötən gün qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşan İlkin Qəmbər ermənilər haqqında film çəkib.

Teleqraf.com sözügedən məsələ ilə bağlı İlkin Qəmbərin anası, tarixçi alim Aida Bağırova ilə əlaqə saxlayıb.

Anası oğlunun çəkdiyi filmi şərh eləməkdən imtina edib: “Birincisi, mən nə bu filmi, nə də sözügedən məsələləri şərh etmirəm. İkincisi, onlar tarixi kontentdir, yəni tarixi mövzulardır”.

"İlkin bu filmi çəkməkdən imtina edə bilərdimi" sualına Aida Bağırova bunu da şərh etmək istəmədiyini deyib: “İstəsəniz özünə müraciət edə bilərsiniz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru