"Ankara İrəvandan "soyqırım" prosesindən imtina etməyi tələb etmir" - Ermənistan KİV

26-04-2023, 18:02           
"Ankara İrəvandan "soyqırım" prosesindən imtina etməyi tələb etmir" - Ermənistan KİV
"Türkiyə tərəfi Ermənistandan Osmanlı İmperiyasında (qondarma)"Erməni Soyqırımı"nın tanınması məsələsindən imtina etməyi tələb etməyib".
Bunu Ermənistan Milli Məclisinin vitse-spikeri, İrəvanın normallaşma üzrə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarı olmaqda davam edir.

"İlkin şərtsiz dedikdə heç bir tərəfdən və hər hansı bir məsələdə heç bir şərt olmadan münasibətlərin qurulması nəzərdə tutulur”.

Bir müddət əvvəl hakim “Mülki müqavilə”dən olan deputat Vigen Xaçatryan jurnalistlərə bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesində İrəvan Ankaradan(qondarma) "soyqırım"ı tanımasını və təzminat ödəməsini tələb etməyib.
AzVision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru