Ermənistan bərabərdir 29,8 min kv.km – X kv.km

26-05-2023, 08:43           
Ermənistan bərabərdir 29,8 min kv.km – X kv.km
Paşinyan Qarabağla bağlı iddiaların bununla nəticələnəcəyi barədə parlamenti xəbərdar etdi...
Martın 24-də axşam millət vəkilləri qarşısında çıxışında Ermənistanın baş naziri Paşinyan
parlamenti xəbərdar edib ki, Qarabağa iddialarını saxlamaqla ermənilər yalnız özlərinə pislik edir
və yeni ərazi itkiləri ilə üzləşmək təhlükəsini reallaşdırmağa doğru gedirlər.
O bildirib:
“Azərbaycan sözünü dəqiq şəkildə deyir: “Əgər sən mənim ərazi bütövlüyümü tanımırsansa,
onda mən də sənin ərazi bütövlüyünü tanımıram”. Bu söhbət beynəlxalq aləmin gözləri
qarşısında baş verir”.
Paşinyan əlavə edib ki, nəticədə Ermənistanın cavab verməyə sözü qalmır:
“Azərbaycan da Ermənistana hücum edəndə, Ermənistan isə beynəlxalq birliklə bu barədə dialoq
aparanda, Azərbaycan onlara deyir ki, Ermənistan özü bizim ərazi bütövlüyümüzü tanımır, bizə
hücumlar edib və yenə edir”.
Bəs Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və onun aparıcı qüvvəsi olan Rusiya necə, belə
vəziyyətdə müttəfiqi Ermənistana köməyə gələ bilərmi? Paşinyan bu köməyin nədən ibarət
olacağını millət vəkillərinə açıq söyləyir:
“KTMK deyir: “Bəli, mən sizin yanınızda olacağam, sizə 30 çox güclü müşahidəçi
göndərəcəyəm”.
Baş nazir hesab edir ki, Ermənistanın qəti qərar qəbul etmək vaxtı yetişib: ya o, Azərbaycanın
86,6 min kv.km ərazisini tam tanıyır, ya da deyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü yalnız
45,7 min kv.km sahəyə aid edirik. Onda Azərbaycanın da: “Bizim fikrimizcə, Ermənistanın ərazisi
29,8 min kv.km yox, 8,7 min kv.km olmalıdır”, – deməyə imkanı yaranır.
“Mən Brüsseldə əldə etdiyimiz razılaşmanı təsdiq edirəm: Ermənistan Azərbaycanın 86,6 min
kv.км ərazisini bütövlüklə tanıyır, ümid edirəm ki, Azərbaycan da Ermənistanı 29,8 min kv.km
ərazi ilə tanıdığını təsdiq edəcək. Kim iddia edirsə ki, Azərbaycan – 86,6 min kv.km yox, minus Х
qədər az ərazi ilə tanınmalıdır, eyni zamanda onu deyir ki, Ermənistan 29,8 min kv.km deyil,
minus X qədər əraziyə malikdir. Və bu X-in hansı həcmdə olacağı məqamı yetişən gündə KTMTnın kefinin necə olacağından asılıdır”, – deyə Paşinyan fikrini yekunlaşdırıb.
Press Klub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.