Ermənilər Azərbqaycanın yeni sərhəd-keçid məntəqəsindən NİYƏ İNTENSİV İSTİFADƏ ETMİR?

27-05-2023, 14:50           
Ermənilər Azərbqaycanın yeni sərhəd-keçid məntəqəsindən NİYƏ İNTENSİV İSTİFADƏ ETMİR?
Bu günlərdə Qarabağdakı separatçı-terrorçu rejimin üzdəniraq qanunsuz “ombudsmanı” “Azərbaycanın Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqəsindən maneəsiz keçməsi ilə bağlı verdiyi zəmanətə baxmayaraq” guya “150-yə yaxın keçmiş Dağlıq Qarabağ sakininin Ermənistandan qayıda bilmədiyini” bildirib. Guya erməni “sakinlər təhlükəsizliklərini və Ermənistanda ilişib qalmaq riskini nəzərə alaraq keçid məntəqəsindən keçməyə risk etmədiklərini təsdiqləyiblər”.

Teref.AZ moderator.az-a istinadla xəbər verir ki, “Kavkazskiy uzel” nəşrinə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya və Analitik İdarəsinin keçmiş əməkdaşı, hərbi ekspert Azad İsazadə erməni tərəfinin söylədiklərinin tamamilə yalan olduğunu söyləyib.

Ekspert bildirib ki, “Laçın” sərhəd-keçid məntəqəsi yeni yaradıldığı və silahlı münaqişə zonasında yerləşdiyi üçün burada xüsusi keçid rejimi fəaliyyət göstərir. Bununla belə, o, Azərbaycan Xarici İşlər Nazirliyinin Qarabağın erməni sakinlərinin hər iki istiqamətdə keçidinin təmin edilməsi ilə bağlı bəyanatını xatırladıb. Nazirlik bu mexanizmin Rusiya “sülhməramlıları” ilə əməkdaşlıq çərçivəsində təmin ediləcəyini bəyan edib.

Hərbi ekspert Azad İsazadə əmindir ki, guya “Qarabağın erməni sakinləri üçün ərazinin blokadası” ilə bağlı tezisləri dəstəkləmək üçün məhz yerli hakimiyyət orqanları Laçın yolu ilə Ermənistana getməyi qadağan edir.

"Artıq mediada erməni sakinlərin hər iki istiqamətdə keçidi ilə bağlı kadrlar nümayiş etdirilib. Sadələşdirilmiş keçid rejimi mövcuddur. İnsanlar sərhəd keçid məntəqələrində beynəlxalq təcrübədə olduğu kimi, yalnız sərhədçilər tərəfindən skan edilən pasportlarını göstərirlər. Təcili yardım və Qırmızı Xaçla daşınan xəstələr isə pasport nəzarəti zamanı, ümumiyyətlə, maşınlarından düşürülmür”, - İsazadə belə deyib.

O, Qarabağın erməni sakinlərinin evlərinə qayıtmasına icazə verilməməsi ilə bağlı iddiaların etibarlılığını şübhə altına alıb. Eyni zamanda, İsazadə istisna etməyib ki, bəzi şəxslərin keçidi üçün əlavə yoxlamaya ehtiyac yarana bilər.

"Silahlı münaqişə vəziyyətinə görə yalnız Bakının Azərbaycan vətəndaşı hesab etdiyi Qarabağın erməni sakinləri Azərbaycan ərazisinə buraxıla bilər. Nəzərə almaq lazımdır ki, geriyə səfər üçün öncə Rusiya sülhməramlıları tərəfindən Qarabağa getmək istəyənlərin siyahıları təqdim edilir. Azərbaycan sərhədçiləri inteqrasiya olunmuş beynəlxalq pasport sistemlərinin məlumatlarını nəzərə alaraq müəyyən edə bilərlər ki, konkret pasport sahibi, - Qarabağda məskunlaşdırılımış erməni sakinləri Ermənistan pasportuna malikdirlər, - doğrudan da Qarabağda doğulub, yoxsa yox. Ola bilsin ki, bəzi hallarda bunu müəyyən etmək üçün əlavə yoxlama tələb oluna bilər. Qarabağın erməni icması reinteqrasiya məsələlərində Bakı ilə əməkdaşlıq etsə, bütün bu məsələlər daha tez həll olunacaq. Qeyd edim ki, indiki keçid proseduru müvəqqətidir, gec-tez Qarabağın erməni sakinləri Azərbaycan pasportlarını almalı olacaqlar”, - deyə İsazadə bildirib.

O, Laçın buraxılış məntəqəsindəki sərhədçilərin vəfat etmiş Qarabağ sakinlərinin cəsədlərinin keçirilməsinə icazə verməməsi ilə bağlı məlumatların etibarlılığını da şübhə altına alıb. Əgər canlı sakinlər buraxılırsa, ölülərin cəsədlərini buraxmamağın nə mənası var? Özü də, buna konkret misallar göstərilməyib - bütün iddialar yalnız sözdədir. Mediada bircə hal haqda məlumat verilmişdi. Amma nədənsə guya “qardaşının meyiti Qarabağa buraxılmayan” qadın anonim qalmağa üstünlük verib. Ümumiyyətlə, ölənlərin cəsədlərinin bütün sərhədlərdə daşınması qaydaları var, ölənlərin və onu müşayiət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmalıdır”, - İsazadə nəzərə çatdırıb.

Hərbi ekspert hesab edir ki, bütün bunlar qondarma "Artsax" və Ermənistan hakimiyyətinin qoyduğu qadağa ilə bağlıdır.

“Erməni tərəfi Laçın keçid məntəqəsini qanunsuz hesab edərək faktiki olaraq boykot edir, çünki o, yoldan nəzarətsiz istifadə, o cümlədən Qarabağa hərbi daşıma və oradan qiymətli metal filizləri və digər faydalı qazıntıların ixracı imkanından məhrum olur”, -deyə ekspert vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru