SON DƏQİQƏ! Gərginlik artır - NATO bəyanat yaydı

29-05-2023, 12:44           
SON DƏQİQƏ! Gərginlik artır -
NATO Sülhməramlı Qüvvələri (KFOR) Kosovonun şimalındakı vəziyyəti yaxından izlədiyini açıqlayıb.

Musavat.com bu barədə xarici mediaya istinadən məlumat verir.

"NATO-nun rəhbərlik etdiyi KFOR missiyası Kosovonun şimalındakı vəziyyəti diqqətlə izləyir və gərginləşmə riski daşıyan bütün birtərəfli hərəkətləri pisləyir. Bizim birinci prioritetimiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mandatlarına uyğun olaraq təhlükəsiz mühitin təmin edilməsidir", - KFOR-un bəyanatında deyilir.

NATO-nun baş katibi Yens Stoltenberq Kosovo-Serbiya gərginliyi ilə bağlı Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə görüşdüyünü açıqlayıb. Stoltenberq bəyan edib ki, Priştina və Belqard Avropa İttifaqının (Aİ) dəstəklədiyi şəkildə dialoq qurmalıdır.

“Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə Kosovo ilə bağlı danışdım. Priştina və Belqrad dərhal sülhə və normallaşmaya aparan yeganə yol olan Aİ-nin rəhbərlik etdiyi dialoqa qoşulmalıdır. Priştina gərginliyi azaltmalı, birtərəfli, sabitliyi pozan addımlar atmamalıdır. KFOR təhlükəsiz mühiti təmin etməyə davam edəcək” - Stoltenberq deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.