Ukrayna müharibəsinin davamı Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək, birinci başlayan yenə Şimali Qafqazdakı xalqlar olacaq

9-06-2023, 18:21           
Ukrayna müharibəsinin davamı Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək, birinci başlayan yenə Şimali Qafqazdakı xalqlar olacaq
Ukrayna Silahlı Qüvvələri son sutkada Donetsk vilayəti istiqamətində Çeçenistanın Respublikasının başçısı Ramzan Kadırovun 56 döyüşçüsünü zərərsizləşdirib.
Bu bilirsiz nə deməkdir? Ukrayna müharibəsinin bu şəkildə davam etməsi yaxın gələcəkdə Şimali Qafqazı qarışdıracaq.
Çeçenlər kimin və nəyin naminə özlərinə aid olmayan işğalçı müharibədə həlak olurlar?
Məhz bu sualın aktuallığına görə Dağıstanlılar övladlarını Ukrayna müharibəsinə göndərməkdən imtina edirdilər. Eyni sual çeçenlərin də beynində dolaşmaqdadır.
Ramzan Kadırov dostu və şefi Kreml sahibi Vladimir Putinə sədaqətini göstərmək üçün çeçenləri Ukraynada ölümə göndərir.
Çeçenlərin sayı ruslar qədər deyil ki, gündə 50 və ya 100 gəncini müharibədə itirmək lüksünə malik olsun.
Bunun hesabı da bir müddətdən sonra soruşulacaq. Ukrayna müharibəsinin davamı Rusiyada mərkəzdənqaçma meyllərini gücləndirəcək, birinci başlayan yenə Şimali Qafqazdakı xalqlar olacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru