Ermənipərəst iranlı "analitik" Ehsan Movəhhediyan növbəti dəfə sərsəm fikirlər səsləndirdi
5-07-2025, 00:01
İranda qatı anti-Azərbaycan mövqeyi ilə tanınan "siyasi şərhçi" Ehsan Movəhhediyan növbəti dəfə qalmaqallı açıqlama ilə çıxış edib. O, “X” platformasında erməni istifadəçi Annabella Vardanyanın sualını cavablandıraraq, İranın Ermənistana hərbi yardım göstərməyə hazır olduğunu açıq şəkildə bəyan edib. Vardanyan paylaşımında yazıb: “Cənab Movəhhediyan, İran Ermənistana hərbi yardım göstərməyə hazırdır? Ermənistanın nə edib-etməməsi məni maraqlandırmır, amma İrəvan istəsə, İran buna hazır olacaq?” Movəhhediyan isə cavabında bildirib: "İsanın Allahına and olsun ki, biz sizə hər cür kömək etməyə hazırıq! Silahdan istifadə edə bilsəydim, özüm də yardım edərdim”. TEREF