“Ermənistanın Vaşinqtondakı danışıqlarının Qarabağla heç bir əlaqəsi yoxdur” – Tiqran Abramyan BELƏ DEYİR...

29-06-2023, 13:41           
“Ermənistanın Vaşinqtondakı danışıqlarının Qarabağla heç bir əlaqəsi yoxdur” – Tiqran Abramyan BELƏ DEYİR...
“Ermənistanın Vaşinqtondakı danışıqlarının Qarabağla heç bir əlaqəsi yoxdur”
“Qarabağda halqa daralır”.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bunu “Sputnik Armeniya”ya açıqlamasında Milli Assambleyadakı “Mənim şərəfim” fraksiyasının katibi Tiqran Abramyan deyib.

Erməni deputatın fikrincə, Qarabağda baş verənlərin Ermənistan hakimiyyətinin Vaşinqtonda apardığı danışıqlarla heç bir əlaqəsi yoxdur:

“Çünki Paşinyan höküməti artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi gördüklərini bəyan ediblər. Belə bir şəraitdə Ermənistan hakimiyyətinə təzyiq etməyin mənası yoxdur”.

Deputat hesab edir ki, indiki vəziyyətdə həm Ermənistanın “Artsax”la bağlı mövqeyi, həm də beynəlxalq ictimaiyyətin susması Azərbaycanın Qarabağ məsələsində son məqsədlərinə çatması üçün yaşıl işıqdır:

“Vaşinqtonda baş verənlər sülh naminə aparılan danışıqlar deyil. Bu danışıqlardakı məqsədlərindən biri Qarabağ üzərində nəzarət özündə saxlayan Azərbaycanın tələblərinin bir araya gətirilməsi prosesidir”.

Xatırladaq ki, iyunun 27-dən ABŞ-ın paytaxtında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılır. Bu gün isə artıq danışıqların sonuncu günüdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.