Kreml ordu generalı Surovikinin həbs olunması ilə bağlı yayılan məlumatları ŞƏRH ETMƏDİ

29-06-2023, 19:08           
Kreml ordu generalı Surovikinin həbs olunması ilə bağlı yayılan məlumatları ŞƏRH ETMƏDİ
Kreml ordu generalı Surovikinin həbs olunması ilə bağlı yayılan məlumatları
Rusiya Prezidenti Vladimir Putin Ali baş komandan kimi ilk növbədə Müdafiə Nazirliyi və Baş Qərargahın rəhbərləri ilə işləyir.

TEREF.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Putinin Ukraynada cəbhə zonasındakı Rusiya qoşun qruplaşmasının komandan müavini, ordu generalı Sergey Surovikinə etimad göstərməyə davam edib-etməməsi ilə bağlı suala cavabında bildirib.

Peskov Surovikinlə bağlı sualları cavablandırmaqdan imtina edərək onları Müdafiə Nazirliyinə yönləndirib.

Qeyd edək ki, Rusiyanın müxalif, qərbyönümlü KİV-ləri Surovikinin “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin qiyam planlarından əvvəlcədən xəbərdar olduğunu, iyunun 25-də isə həbs olunduğunu yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru