Şolts:“Ukrayna müharibəsi uzun müddət davam edəcək”

30-06-2023, 13:18           
Şolts:“Ukrayna müharibəsi uzun müddət davam edəcək”
Almaniya kansleri Olaf Şolts Ukrayna müharibəsinin uzun müddət davam edə biləcəyini bildirib.

Bizim.Media Rusiya KİV-inə istinadən xəbər verir ki, o, Avropa İttifaqına (Aİ) üzv ölkələrin başçılarının Brüssel görüşündən əvvəl təşkilatı Ukraynaya dəstəyin gələcəkdə necə təşkil olunacağını müzakirə etməyə çağırıb.

"Bu vacibdir. Çünki münaqişənin uzun müddət davam edə biləcəyi faktına köklənməliyik", - Almaniya hökumətinin başçısı deyib.

O.Şolts Aİ-nin Ukraynanı uzun müddət dəstəkləməyə hazır olduğuna əmin olmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru