Priaojinin "trol" fabriki ləğv edildi...

1-07-2023, 09:25           
Priaojinin "trol" fabriki ləğv edildi...
Rusiyada silahlı üsyana cəhd edən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin “Patriot” media holdinqi ləğv edilib.

2019-cu ilin dekabrından etibarən o, iki ay öncə meydana çıxan “Patriot” media qrupunun qəyyumlar şurasına rəhbərlik edib. Media qrupuna Federal İnformasiya Agentliyi (FAN), “Economics Today”, “Politics Today”, “Nation News” və digər nəşrlər daxil idi.

Qeyd edək ki, bir gün əvvəl “Vaqner”in təsisçisinin media aktivlərinin mümkün satışı barədə məlumat yayılmışdı. İndi isə bildirilir ki, “Roskomnadzor” artıq həmin resurları bloklamağa başlayıb və qadağan olunmuş saytların reyestrinə daxil edib. Bu isə o deməkdir ki, media orqanları artıq açılmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru