Lavrov Rusiyadakı sammitə görə Qərbin Afrika ölkələrinə olan təzyiqindən danışıb

1-07-2023, 12:14           
Lavrov Rusiyadakı sammitə görə Qərbin Afrika ölkələrinə olan təzyiqindən danışıb
Lavrov: Afrika ölkələrinin yarıdan çoxu Rusiyada keçiriləcək sammitdə iştirak etməyə razılıq verib.
Afrika ölkələrinin yarıdan çoxu Rusiya-Afrika sammitində iştirak etməyə razılıq verib.
Bu barədə “Lenta.ru”nun müxbiri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasına istinadən xəbər verib.
Nazir bildirib ki, iyulun sonunda keçiriləcək sammitlə bağlı böyük bəyannamə hazırlanır. Sənəddə Rusiya ilə Afrika ölkələri arasında bir neçə il ərzində münasibətlərin qurulması planı yer alacaq.
O, həmçinin qeyd edib ki, Qərb dövlətləri Afrika dövlətlərinin tədbirdə iştirakına mane olmaq üçün onlara təzyiq göstərməyə çalışırlar. Bununla bağlı Lavrov Qərbə Afrika ölkələrinə “böyüklər kimi” yanaşmağa başlamağı tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru