Konqresmendən Ukraynaya şok zərbə: Elə bir düzəliş təqdim etdi ki...

1-07-2023, 14:26           
Konqresmendən Ukraynaya şok zərbə:
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Qreen, silahlı münaqişənin diplomatik həlli tapılana qədər Ukraynaya hər hansı maliyyənin ayrılmasını qadağan edən qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Publika.az xəbər verir ki, siyasətçi bir gün əvvəl elan etdiyi müdafiə büdcəsinə müvafiq düzəlişi Konqresin müzakirəsinə verib. O, həmçinin Ukraynaya F-16 qırıcıları və uzaqmənzilli raketlərin tədarükünə qadağa qoyulmasını da istəyir.
"Ölüm və dağıntı dayanmalıdır, buna görə də sülhə nail olmaq üçün mən də hərbi münaqişənin diplomatik həllinə nail olunana qədər Ukraynaya hər hansı maliyyələşdirməni qadağan edən düzəliş təqdim etdim”.

O vurğulayıb ki, ABŞ siyasətinin prioriteti sülhə nail olmaqdır, bunun üçün zorakılığın maliyyələşdirilməsini dayandırmaq lazımdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.