Zelenski: "Danışıqlar ordumuz 1991-ci il sərhədlərinə çatdıqdan sonra başlayacaq"

2-07-2023, 00:01           
Zelenski: "Danışıqlar ordumuz 1991-ci il sərhədlərinə çatdıqdan sonra başlayacaq"
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə danışıqlar yalnız Ukrayna ordusu 1991-ci ildəki ölkə sərhədlərinə çatdıqdan sonra başlaya bilər.

Qaynarinfo-nun məlumatına görə, prezident aydınlaşdırıb ki, bu, Krım ərazisi üzərində Kiyevin nəzarətinin qaytarılmasını nəzərdə tutur.

"Biz həqiqətən beynəlxalq hüquqa görə real sərhədlərimizdə olduğumuz zaman Ukrayna bu və ya digər diplomatiya formatına hazır olacaq. Bunlar 1991-ci ilin sərhədləridir, o cümlədən təkcə Ukraynanın cənub-şərqi deyil, həm də Krımdır”, deyə Zelenski Kiyevdə İspaniyanın baş naziri Pedro Sançeslə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, 24 fevral 2022-ci il tarixinə qoşunların təmas xəttindəki tərəflərin sərhədləri "Ukrayna sərhədləri deyil”.

Sançes də öz növbəsində hesab edir ki, Rusiya Federasiyası ilə danışıqların format və şərtləri müstəsna olaraq Ukrayna hakimiyyəti tərəfindən müəyyən edilməlidir. Onun sözlərinə görə, münaqişənin həlli üçün digər dövlətlərin təklif etdiyi "sülh planları” diqqətə layiqdir, lakin onlarla tam razılaşmaq olmaz.

Bundan əvvəl Almaniyanın ARD telekanalı Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqlarının 2023-cü ilin iyulunda başlaya biləcəyini bildirmişdi.

Aydın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.