Siluanov: Rusiyada inflyasiya 3,2%-ə düşüb

4-07-2023, 10:44           
Siluanov: Rusiyada inflyasiya 3,2%-ə düşüb
2022-ci ildə ÜDM gözlənilən 8 faizdən 20 faizə düşmə əvəzinə 2,1% azalıb.
Rusiyada inflyasiya yavaşlamağa başlayıb və hazırda 3,2% təşkil edir.
Bunu Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov Dövlət Dumasında büdcə komitəsinin iclasında deyib.
"Ötən ilin mart-aprel aylarında istehlak qiymətlərinin artmasından sonra inflyasiya yavaşlamağa başlayıb. Bu gün inflyasiya 3,2% təşkil edir", - deyə Siluanov vurğulayıb.
O, həmçinin qeyd edib ki, 2022-ci ildə ümumi daxili məhsulun (ÜDM) 8-20 faiz azalacağı ilə bağlı Qərbin bəzi proqnozlarına zidd olaraq, bu, cəmi 2,1% azalıb, istehsalın azalması isə təxminən 0,6% təşkil edib.
Siluanov həmçinin xatırladıb ki, Rusiyada işsizlik nəzərəçarpacaq dərəcədə azalıb və ötən ilin dördüncü rübündən başlayaraq əhalinin əməkhaqları isə artıb. Eyni zamanda, bu il ÜDM-in artımı 1,2%, 2024-cü ildə isə artımın 2% olacağı gözlənilir.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bildirib ki, Rusiya bütün planlarını həyata keçirməyə qadirdir. O, illik inflyasiyanın 2,3% olduğunu da xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru