İrəvanın bu şərti nəyə oxşayır?- Jurnalistdən cavab...

4-07-2023, 11:36           
İrəvanın Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası zamanı təhlükəsizliklərinə və azadlıqlarına beynəlxalq zəmanət və daimi nəzarət şərtini qoşması nəyə oxşayır, bilirsinizmi?
Sanki bir xoşqeyrət ata qızını ərə verir və oğlan evi qarşısında şərt qoyur:
- "Oğlunuz sir-sifətdən sərt adama oxşayır. Birdən çaşar, mənim əziz-xələf qızıma təzyiq edər, qulağının dibinə bir şillə vurar. Mütləq gərdək gecəsindən tutmuş bütün ailə həyatı boyunca yataq otağında qonşumuz Co ilə Louisin müşahidəsi və nəzarəti təmin olunmalıdır. Hətta çarpayıda onlar üçün də yer ayrılmalıdır ki, yuxuları gələndə yataq otağından kənara çıxmasınlar, bəylə gəlinin arasında uzanıb yatsınlar".
Ermənilər deyəsən başqalarını da özləri kimi xoşqeyrət sanırlar. Belə vəziyyətdə Azərbaycan ailəsinin verə biləcəyi bir cavab var:
- Götür qızını, mənim evimdən çıx, apar, öz evində kimin nəzarətində istəyirsən, saxla.
Yəqin ki, elə o cür də cavab alacaqlar.
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.