Ceyms Kleverli: Ukrayna da Finlandiya kimi məsələni uzatmadan NATO-ya üzv ola bilər

4-07-2023, 19:21           
Ceyms Kleverli: Ukrayna da Finlandiya kimi məsələni uzatmadan NATO-ya üzv ola bilər
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib ki, Ukrayna da Finlandiya və İsveçdə olduğu kimi məsələni uzatmadan NATO-ya üzv ola bilər. Bunun nə vaxt baş verəcəyini bilmir, çünki Rusiya ilə Ukrayna arasında müharibənin nə qədər davam edəcəyi məlum deyil.

Qaynarinfo xəbər verir ki, o, bu barədə İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsində bildirib.

"İnanıram ki, Ukrayna bunu İsveç və Finlandiyada olduğu kimi, məsələ uzanmadan edə bilər”, - deyə Ceyms Kleverli nəşrə açıqlayıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il sentyabrın 30-da Ukraynanın NATO-ya sürətli şəkildə üzv olması üçün ərizə təqdim edib. Ukrayna hakimiyyəti Vilnüsdə keçiriləcək sammitdə ölkənin alyansa qoşulmaq istəyinin NATO-ya üzv 21 ölkə tərəfindən dəstəklənməyə hazır olduğunu bildirib. İyunun 28-də Yens Stoltenberq bildirib ki, Ukraynanın hərbi münaqişədə qalib gəlməsi ölkənin ən qısa zamanda Şimali Atlantika Alyansına qəbul olunmasının şərtlərindən biridir. Elə həmin gün Estoniyanın baş naziri Kaya Kallas blokun iyul sammitində Ukraynanın üzvlüyünə sürpriz edəcəyinə söz verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.