“Bu, Çeçenistana qarşı təxribatdır” – Kadırovun ombudsmanı döyülən jurnalist və vəkildən danışdı

5-07-2023, 10:04           
“Bu, Çeçenistana qarşı təxribatdır” –
Xəbər verildiyi kimi, bu gün Çeçenistanda silahlı şəxslər “Novaya qazeta”nın əməkdaşı Yelena Milaşina və vəkil Aleksandr Nemova hücum ediblər. Milaşina və Nemov Vladiqafqaz hava limanından Qroznıya gedərkən onların əyləşdiyi taksini maskalı şəxslər saxlayıb. Jurnalist və vəkili amansızlıqla döyülüb, onların avadanlıqları və sənədləri məhv edilib, xanım jurnalistin barmaqları sındırılıb, saçı qırxılıb. Vəkil isə ayağından bıçaqlanıb.

Nemovun sözlərinə görə, hücum edənlər onların başına silah dayayaraq güllələməklə hədələyiblər və "Buradan rədd olun, bu, sizə xəbərdarlıqdır, daha heç nə yazmayın", - deyiblər.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Çeçenistan ombudsmanı Mansur Soltayev hadisəni pisləyərək, bunu “diversiya və təxribat” adlandırıb: “Bu, respublikaya qarşı diversiya xarakterli təxribatdır. Düşünürəm ki, daxili işlər orqanları araşdıracaqlar, vəziyyəti izləyəcəyik”.

O, əlavə edib ki, Milaşinanı həkimlər müayinə ediblər və “hər şey normaldır”. Barmaqları sındırılan, saçı qırxılan, sifəti pis vəziyyətə salınan xanımın “normal olduğunu” deyərkən ombudsmanın nəyi nəzərdə tutduğu isə qaranlıq qalıb.

Qeyd edək ki, əksər müşahidəçilər baş verən bu hadisənin Ramzan Kadırovun sifarişi ilə törədildiyi fikrindədirlər. Sözügedən şəxslər Kadırovun şəxsi düşməni hesab etdiyi hakimin ailə üzvlərinin məhkəməsində iştirak etmək üçün Qroznıya gedirdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.