ATƏT PA Rusiyanı terrorizmin sponsoru, “Vaqner”i terror təşkilatı kimi tanıdı

5-07-2023, 13:08           
ATƏT PA Rusiyanı terrorizmin sponsoru, “Vaqner”i terror təşkilatı kimi tanıdı
ATƏT Parlament Assambleyası Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb.

Bunu Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk bildirib.

Onun sözlərinə görə, “Vaqner” özəl hərbi şirkəti də terror təşkilatı kimi tanınıb.
Bundan əlavə, ATƏT PA sənəddə üzv dövlətləri aydın şəkildə tanınan beynəlxalq normaları gücləndirməyə çağırıb. Eləcə də belə subyektlərin dövlətlərarası münasibətlərə cəlb edilməsinin yolverilməzliyi qeyd olunub.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru