Piontkovski: “Vaqner” niyə Kremli tutmadı?

5-07-2023, 14:58           
Piontkovski: “Vaqner” niyə Kremli tutmadı?
Rusiyada baş verən silahlı üsyan zamanı Kremlin tutulması “Vaqner”in planlarına daxil deyildi.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Priqojin niyə heç bir müqavimət göstərmədən Kremli almağa getmədi? Çünki bu, onların planlarına daxil deyildi. Onların vəzifəsi uduzmuş ölkədə iqtidarı və mülkü qorumaqdır. Daha sonra Qərblə “modus vivendi” (latınca tərəflərin birgə yaşamaq barədə razılığı mənasını verir - red.) danışıqları aparmaq istəyidir. Moskvada bunun üçün küçə döyüşləri fonunda hakimiyyətə gəlməyə ehtiyac yoxdur. Onlara Putinin şəxsi mühafizəçilərinin meyitləri üzərindən Kremlin ofislərinə daxil olmaq lazım deyildi. Onlar legitim şəkildə prezidenti əvəz edən cənab Mişustinin (Rusiyanın Baş naziri Mixail Mişustin) əmri ilə vəzifələrini almaq istəyirlər”, - o bildirib.

Politoloqun fikrincə, konstitusiyaya görə Putin hakimiyyəti itirərsə, Baş nazir (Mişustin) ölkəyə rəhbərlik edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.