Peskov Putinin planlarını açıqladı: Doğum gününü necə keçirəcək?

Bu gün, 11:18           
Peskov Putinin planlarını açıqladı: Doğum gününü necə keçirəcək?
"Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də doğum gününü iş yerində keçirəcək."

NEWS.ru-nun xəbərinə görə, bunu Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

Peskovun sözlərinə görə, Rusiya prezidentinin həmin gün bir sıra qapalı görüşləri planlaşdırılıb.

"Bayram xarakterli heç bir tədbir olmayacaq. Onun günün birinci yarısında qapalı iş görüşləri nəzərdə tutulub. Axşam isə MDB dövlət başçıları prezidentin qəbulunda olacaqlar", - Peskov bildirib.

Qeyd edək ki, oktyabrın 7-də Vladimir Putinin 72 yaşı tamam olur. Əvvəlki illərdə də Rusiya prezidenti doğum gününü dövlətin daxili və xarici məsələləri ilə məşğul olmaqla keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.