Rusiyalı alimdən maraqlı açıqlama: İnsanlar ulduzlara və digər qalaktikalara nə vaxt uça biləcəklər?

5-10-2024, 16:08           
Rusiyalı alimdən maraqlı açıqlama: İnsanlar ulduzlara və digər qalaktikalara nə vaxt uça biləcəklər?
"Qonşu qalaktikalara və Süd Yolu ilə səyahət prinsipial olaraq yeni texnologiyalar və energetika tələb edəcək".

Bu sözləri 1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin buraxılışında iştirak etmiş rusiyalı alim və "Roskosmos" Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyasının Baş İnstitutunun veteranı Qeorqi Uspenski "RIA Novosti"yə müsahibəsində deyib.

Onun fikrincə, bu qəbildən səfərlər yalnız 200-500 ildən sonra mümkün olacaq.

"Ulduzlara uçuşlar və xüsusilə də Qalaktika ətrafında uçuşlar üçün müasir astronavtika texniki vasitələrə malik deyil. Burada yeni energetika lazımdır. Yeni rabitə və naviqasiya növləri, eləcə də ekipajın təhlükəsizlik texnikası lazımdır. Bu problemlərin mümkün həll yollarından biri qravitasiya astronavtikası ola bilər", - deyə Qeorqi Uspenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru