Aİ İrana sanksiyalar tətbiq edəcək – “Bloomberg”

Bu gün, 00:02           
Aİ İrana sanksiyalar tətbiq edəcək – “Bloomberg”
Avropa İttifaqı (Aİ) oktyabr ayında Brüsseldə keçiriləcək sammitində Rusiyaya ballistik raketlərin tədarükü iddiası ilə bağlı İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ilk sanksiyalar paketi 10-a yaxın fiziki və hüquqi şəxsə, o cümlədən maşınqayırma və dağ-mədən şirkətlərinə, aviasiya sənayesi müəssisələrinə şamil olunacaq.

Aİ liderlərinin oktyabrın ortalarında ittifaqın sammitində sanksiyaları təsdiqləyəcəyi gözlənilir.Mənbələrdən biri onu da qeyd edib ki, ABŞ oktyabrın 1-i axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi raket hücumuna görə İrana qarşı məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

Qeyd edək ki, sentyabrda Aİ-nin diplomatiya rəhbəri Cozef Borel də bildirmişdi ki, Aİ İranın aviasiya sənayesinə sanksiyalar tətbiq etməyi düşünür, çünki Brüsselin məlumatına görə, respublika Rusiyaya ballistik raketlər göndərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.