Bakıxanov qəsəbəsinə gedən yolda vətəndaşlar təhlükə ilə üzləşirlər VİDEO

5-10-2024, 15:04           
Bakıxanov qəsəbəsinə gedən yolda vətəndaşlar təhlükə ilə üzləşirlər  VİDEO
Metronun "Neftçilər" stansiyasından Bakıxanov qəsəbəsinə gedən Rüstəm Rüstəmov küçəsində piyada zolağının silinməsi nəticəsində sakinlər ciddi təhlükə ilə üzləşdiklərini bildiriblər.

Sözügedən ərazidə, xüsusilə, məktəb və dövlət sosial-iqtisadi kolleci yerləşir. Bu isə o deməkdir ki, buradan, əsasən, məktəblilər, onların valideynləri və kollec tələbələri tez-tez istifadə edirlər. Elə özləri də bildiriblər ki, zolaq silindiyi üçün bir neçə dəfə qəza şəraiti yaranıb.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən qısa zamanda əraziyə baxış keçiriləcəyi və məsələnin həll ediləcəyi bildirilib.

Ətraflı "Xəzər xəbər"in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru