Çexiyalı general Rusiyanın təhlükəli zərbəsi barədə Zelenskiyə xəbərdarlıq etdi

16-08-2023, 12:54           
Çexiyalı general Rusiyanın təhlükəli zərbəsi barədə Zelenskiyə xəbərdarlıq etdi
“Əgər Ukrayna Silahlı Qüvvələri sentyabrın sonuna kimi Rusiyanın müdafiəsini yara bilməsə, o zaman payızda Rusiyanın hücumu gözlənilməlidir”.

Çexiya Baş Qərargahının keçmiş rəhbəri İrji Şedivı bu barədə xəbərdarlıq edib.

Çexiyalı general “Czdefence” nəşrinə müsahibəsində qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələri cəbhə xəttində özləri üçün əlverişli mövqelər tutmağa çalışacaqlar ki, gələn il güclü zərbə vura bilsinlər.

Həmçinin Şedivının proqnozlarına görə, bu yay üçün nəzərdə tutulan, lakin Ukrayna və Qərbin bir sıra səhvləri səbəbindən baş tutmayan həlledici döyüş gələn il ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru