“ÇÖKMƏKDƏ OLAN İMPERİYA HÖKMƏN DAĞILACAQ...” – “Şimali Qafqazada baş verənlər təsadüfi deyil...”

17-08-2023, 00:06           
“ÇÖKMƏKDƏ OLAN İMPERİYA HÖKMƏN DAĞILACAQ...” –
“Azərbaycan üçün dörd həyati əhəmiyyəti bölgədən biri olan Şimali Qafqazda son zamanlar ciddi hadisələr baş verir. Elektrik enerjisinin fasilələrlə verilməsinə, suyun olmamasına və ən nəhayət bahalığa etirazlar ağır qəzalarla müşaiyyət olunur. Böyük təlafata səbəb olan qəzalar təsadüfi deyil, məntiqi hadisələrdir”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Xaqani Cəfərli Şimali Qafqazda baş verən son hadisələri şərh edərkən belə deyib.

“Dövlətin çöküşü ərəfəsində bir qayda olaraq infrastruktur dağılmağa başlayır”, - o, əlavə edib.

Ekspert hesab edir ki, proseslərin pisləşən xəttlə davam edəcəyini nəzərə almaq lazımdır.

“Əks halda, bir neçə aydan sonra sürprizlə qarşılaşa bilərik. Rusiyanın mövcudluğunu qoruyacağına inanmaq böyük səhv olar. Heç bir möcüzə olmayacaq və çökməkdə olan imperiya hökmən dağılacaq”, - politoloq vurğulayıb.

X.Cəfərli fikirlərini belə izah edir: “Çünki ətalət qanunu ilə hərəkət edən cəmiyyətlər müəyyən zamandan sonra hadisələrin xüsusiyyətlərinin pisləşməsi nəticəsində deqredasiya mərhələsinə daxil olur. Uzun zaman böyük imperiyadan miras qalan ətalətlə hərəkət edən Rusiya bir müddətdir ki, deqredasiya mərhələsinə daxil olub. Ətalət mərhələsi on illər çəksə də, deqredasiya mərhələsi bir qayda olaraq qısa, bir neçə il çəkir. Hətta kənar müdaxilələrin təsirləri ilə bir neçə aya da yekunlaşa bilər. Təbiətdə olduğu kimi cəmiyyətdə proses eyni ardıcılıqla və məntiqlə davam edir. Qurumuş ağacın çürüməsi uzun müddətli, çürümüş ağacın aşması qısa zaman işidir. Güclü külək və ya yağış çürümüş ağacı vaxtından öncə aşıracaq. Cəmiyyətlərin də cürüməsi uzun müddət çəkdiyi halda, çürümüş cəmiyyətin dağılması qısa zaman işidir. Rusiyanın Ukraynada üzləşdiyi hərbi məğlubiyyət çürümüş ağacı aşırmaq üzrədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.