Rusiyada keçmiş nazir Amerikaya qaçdı və siyasi sığınacaq istədi…VİDEO

17-08-2023, 09:04           
Rusiyada keçmiş nazir Amerikaya qaçdı və siyasi sığınacaq istədi…VİDEO
“Mən Rusiyada qalmağımın təhlükəsiz olmadığı barədə siqnallar almağa başladım…”
“ABŞ-da fəhlələrə münasibət Rusiyada müşahidə etdiyimdən çox fərqlənir…”
Rusiyanın Komi Respublikasının sabiq kənd təsərrüfatı və istehlak bazarı naziri Denis Şaronov 2022-ci ilin oktyabrında çağırış vərəqəsi aldıqdan sonra ABŞ-a gedib və orada siyasi sığınacaq istəyib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Şaronovun özünə istinadən RTVI telekanalı məlumat yayıb.

ABŞ-a gedən sabiq rusiyalı məmurun videosu “YouTube”da “Yeni amerikalılar” proqramında üzə çıxıb. Videoda o, deyir ki, Rusiyada nazir olub, 28 il öncə ABŞ-a oxumağa gəlib. Bu zaman o, özünün nə adını, nə də soyadını açıqlamayıb.
RTVI jurnalistləri sifətin tanınması servisinin köməyilə bunun Şaronov olduğunu öyrənib. O, 2020-ci ilin dekabrında Kominin kənd təsərrüfatı naziri olub, 2022-ci ilin yanvarında işdən azad edilib.
RTVI jurnalistləri ilə söhbətində Şaronov videoda onun olduğunu təsdiq edib. Onun sözlərinə görə, Rusiyada iki dəfə cinayət təqibinə məruz qalıb, hər iki dəfə məhkəmə tərəfindən bəraət alıb.
Şaronov deyib ki, Komi kənd təsərrüfatı naziri postundan region rəhbəri Vladimir Uyboyla münaqişə səbəbindən azad edilib.

“Mən Rusiyada qalmağımın təhlükəli olduğu barədə siqnallar almağa başladım. 2022-ci ilin oktyabrında hərbi komissarlıqdan gəlib qeydiyyat yerimdən mənə çağırış vərəqəsi təqdim ediləndə mənim başqa çıxış yolum qalmayıb. Hərçənd, yaşıma görə, prinsipcə, uyğun gəlmirdim.
Mən anladım ki, bu, işlədiyim respublikadan olan siqnaldır. Və bu, arzuolunmaz insanlardan xilas olmağın, sadəcə, üsuludur. Əvvəlki iki təqib zamanı bəxtim gətirib, lakin bu dəfə anladım ki, yaxa qurtara bilməyəcəyəm. Ölkəni tərk etməkdən başqa çıxış yolum qalmayıb”, – Şaronov deyib.
Onun sözlərinə görə, hazırda uzun məsafələrə yük maşını sürücüsü işləyir, bundan sonra isə hər şey leqallaşma prosesinin necə keçəcəyindən asılı olacaq”. Şaronov həmçinin məlumat verib ki, ABŞ-da siyasi sığınacaq istəyib.
“Yeni amerikalılar” proqramı üçün müsahibəsində sabiq nazir qeyd edib ki, ABŞ-da fəhlələrə münasibət Rusiyada müşahidə etdiyindən çox fərqlənir.
“Burada zəhmətkeş insanın nə ilə məşğul olmasından asılı olmayaraq, əgər normal işləyirsə, o, hörmətə layiqdir”, – Şaronov deyib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.