Daha bir partiyaya rədd cavabı verilib

17-08-2023, 15:50           
Daha bir partiyaya rədd cavabı verilib
"Müasir Müsavat Partiyasının Ədliyyə Nazirliyində reystrə düşüb-düşməməsi ilə bağlı məlumatsızam”.

TEREF.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sədri Hafiz Hacıyev deyib.

Sədr səhhətində yaranan problem səbəbindən Ankarada müalicədə olduğunu bildirib:

"Sözün düzü, dəqiq məlumatım yoxdur. Həkimlər icazə vermir ki, telefon işlədim, bu səbəbdən heç kəslə əlaqə saxlaya bilmirəm. Tək onu bilirdim ki, başqa partiyalar kimi biz də Ədliyyə Nazirliyinə sənədləri təqdim etmişik. Nə qədər imza tələb olunursa, biz də onu qanunauyğun şəkildə həyata keçirdik”.

Partiyanın mətbuat xidmətinin rəhbəri Könül İsmayılova isə bildirib ki, reystlə bağlı sənədlərdə bir sıra texniki problemlər olduğundan Ədliyyə Nazirliyi geri qaytarıb:

"Hazırda sənədlər üzərində işlənilir. Bütün problemlər həll olunduqdan sonra sənədlər yenidən nazirliyə tədqim oluncaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru