NATO-nun keçmiş komandanı: Qara dənizdə Alyansla Rusiya birbaşa toqquşa bilər

18-08-2023, 00:02           
NATO-nun keçmiş komandanı: Qara dənizdə Alyansla Rusiya birbaşa toqquşa bilər
NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş baş komandanı etiraf edir ki, Rusiyanın Qara dənizin beynəlxalq sularında gəmilərə hücumu halında NATO və Rusiya Federasiyası birbaşa toqquşa bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri yazır.

2009-2013-cü illərdə NATO Avropa Birgə Qüvvələrinə komandanlıq edən amerikalı admiral Ceyms Stavridis bildirib ki, Qara dənizdə əhəmiyyətli dərəcədə eskalasiya - Rusiyanın bazar günü Türkiyə gəmisi ilə etdiyi kimi - müttəfiqləri reaksiya verməyə məcbur edə və Rusiya Federasiyası ilə Alyans arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

"Rusiyanın Qara dənizin beynəlxalq sularında hərəkətləri onun NATO ilə Rusiya Federasiyası arasında dənizdə müharibəyə çevrilməsi ilə bağlı real risklər yaradır”, - Stavridis bildirib.

Onun fikrincə, NATO ölkələri Ukraynaya dəstək üçün bu qədər resurs yatırdıqdan sonra Rusiya Federasiyasının dəniz blokadası ilə Ukrayna iqtisadiyyatını necə "boğduğunu” sadəcə seyr etməyəcəklər.

Stavridis rusiyalı hərbçilərin türk gəmisinə qarşı hərəkətlərini dəniz quldurluğu ilə müqayisə edib.

"Rusiya gəmiləri ələ keçirməyə başlasa, onları qorxutmağa hazırlaşsa, düşünürəm ki, NATO dəniz tədarükü üçün humanitar dəhlizi dəstəkləməklə cavab verəcək”, - deyə Stavridis bunun ticarət gəmiləri üçün hava müdafiəsi və NATO gəmilərinin müşayiəti ola biləcəyini ehtimal edib.

Qeyd edək ki, iyulun 17-də Rusiya "taxıl sazişi”nin dayandırıldığını elan edərək, Rusiya Federasiyasının iştirakı olmadan təşəbbüsü davam etdirmək qərarına gələn tərəfləri "risklərlə” hədələyib. Bundan əlavə, Moskva Odessanın liman infrastrukturunu və Dunay limanlarını kütləvi atəşə tutmağa başlayıb.

Kiyev və müttəfiqləri hələ də Türkiyənin təsiri ilə Rusiyanı razılaşmaya qaytarmağa ümid edirlər. Yaxın vaxtlarda Rusiya prezidentinin Ankaraya səfəri gözlənilir.
Birləşmiş Ştatlar bəyan edib ki, Qara dənizdə Ukrayna taxılı olan gəmiləri müşayiət etməyi müzakirə etmir. Daha sonra ABŞ-ın Türkiyə, Ukrayna və bir sıra qonşuları ilə Ukrayna taxılının alternativ ixrac marşrutlarından istifadəni genişləndirmək üçün danışıqlar apardığı barədə məlumatlar yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.