Fəridin 2 illik hökmünün arxasındakı siyasi gedişlər...

18-08-2023, 17:37           
Fəridin 2 illik hökmünün arxasındakı siyasi gedişlər...
İran məhkəməsinin Fərid Səfərliyə 2 il həbs hökmü çıxarması vətəndaşımızın yaxın günlərdə azad olunacağından xəbər verir, əks halda “casus” iddiasıyla daha uzun müddətə həbsə məhkum etməliydilər. Əslində Tehran Fəridi Azərbaycanda İran kəşfiyyatı ilə əlaqəli olmaqda ittiham edilənlərə cavab olaraq həbs etmişdi. Tehranın Fəridi azad etməyə hazırlaşmasını Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi kimi qəbul etmək olarmı? Bu ilk addım sayıla bilər, ancaq Azərbaycan səfirliyinə edilən terror hücumunun araşdırılmasının nəticəsini də görməliyik.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru