“Sanksiyalar müharibəni dayandıra bilməz” – Politoloq

19-08-2023, 10:03           
“Sanksiyalar müharibəni dayandıra bilməz” – Politoloq
Rusiya Ukraynaya müdaxiləsi ilə əlaqədar kütləvi sanksiyalarla üzləşsə də, bu, müharibəni dayandıra bilməz.

“AzPolitika.info” xəbər verir ki, bunu “Penta” Siyasi Araşdırmalar Mərkəzinin sədri, tanınmış ukraynalı politoloq Vladimir Fesenko “UNİAN”-a müsahibəsində deyib.

O, qeyd edib ki, sanksiyaların köməyi ilə Rusiya iqtisadiyyatının məhv olacağına ümid bəsləmək olmaz. Onun sözlərinə görə, sanksiyalar müharibəni dayandıra bilməz. Bunun üçün yalnız silah, güc və Rusiyaya sərt hərbi-siyasi təzyiq lazımdır.

Ekspert həmçinin qeyd edib ki, sanksiyaların böyük ölkələrə təsiri çox az olur: “Kütləvi sanksiyalar İranın, Şimali Koreyanın iqtisadiyyatını məhv etməyib. Çin, Hindistan, Türkiyə kimi böyük iqtisadiyyatı olan ölkələrlə əlaqədə olan Rusiya üçün də bu cür sanksiyalar təsirli “silah” ola bilməz”.

“Sanksiyalar müharibəni dayandıra bilməsə də, işğalçıların iqtisadiyyatını zəiflədə bilir. Bunu Rusiya rublunun məzənnəsi ilə bağlı vəziyyət də təsdiqləyir. Sanksiyalar müəyyən dərəcədə Rusiyanın hərbi potensialına da təsir edir”, - deyə ekspert əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru