Rusiyada hüquq təşkilatlarına daha bir ZƏRBƏ – Bu mərkəzin fəaliyyəti DAYANDIRILDI

19-08-2023, 11:34           
Rusiyada hüquq təşkilatlarına daha bir ZƏRBƏ –
Moskva məhkəməsi mədəni, təhsil, sosial və insan hüquqları sahəsində fəaliyyət göstərən “Saxarov Mərkəzi”ni ləğv edib.

Tribunainfo.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The insider” portalı məlumat yayıb.

Qərarda “yoxlama zamanı Saxarov Mərkəzinin fəaliyyətində “sistemli kobud və qarşısı alınmayan hüquq pozuntuları” aşkar edildiyi göstərilib.

Müvafiq olaraq, məhkəmə Saxarov Mərkəzinin Rusiya Federasiyasının hüquqi şəxslərin reyestrindən silinməsinə qərar verib.

Qeyd edək ki, 2014-cü ildə Rusiya hakimiyyəti Saxarov Mərkəzini “xarici agent” kimi tanıyıb. 2022-ci ilin sonunda o, materiallarında “xarici agent” damğasını göstərmədiyi üçün protokollara əsasən beş milyon rubl cərimələnib. 2023-cü ildə Rusiya Federasiyasının Baş Prokurorluğu “Andrey Saxarov Fondu”nu “arzuolunmaz” elan edib.

Akademik Andrey Saxarovun İrsinin Qorunması üzrə İctimai Komissiya 1990-cı ildən fəaliyyət göstərir. 1996-cı ildə açılan Saxarov Mərkəzində insan hüquqları mövzularında görüşlər, sərgilər və mühazirələr təşkil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.