Müharibə bitir: Plan hazırlanıb

20-08-2023, 19:05           
Müharibə bitir: Plan hazırlanıb
Qərb ölkələri Ukraynadakı münaqişənin həlli variantları üzərində işləyir.

Lakin onların şərtləri nə Moskvanı, nə də Kiyevi qane edir.

Cebhe.info xəbər verir ki, Bu barədə “The Wall Street Journal” yazır.

KİV-in məlumatına görə, sülh planlarında Ukraynanın itirilmiş bölgələri - Krım, Donbass, Zaporojye və Xerson vilayətlərini qaytarmaq məqsədi nəzərə alınmır. Eyni zamanda, Qərb tərəfdaşlarının fikrincə, bu məqsəd hələ də perspektivə malikdir:

“Lakin uzaqdır, ona çatmaqda "xərclər və risklər" qorxusu var”.

Qəzet yazır ki, ərazilərin Kiyevə qaytarılması ilə bağlı şübhələr ABŞ və Almaniya tərəfindən ifadə edilir.

Eyni zamanda, qəzet qeyd edir ki, Qərbin təşəbbüsləri Rusiya tərəfinə də yaramır:

“Çünki onlar Ukraynanın itirdiyi ərazilər üzərində Rusiya Federasiyasının suverenliyini tanımır, həmçinin Ukraynanın neytral statusunu qeyd etmirlər”.

Xəbərdə o da vurğulanır ki, Qərb ölkələri ümumiyyətlə Ukraynaya danışıqlara nə vaxt başlamaq və Kiyevin hansı şərtləri qoymalı olduğunu demirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru