Putinin varisinin adını çəkdi – Sürpriz isim

20-08-2023, 18:44           
Putinin varisinin adını çəkdi – Sürpriz isim
Rusiya Prezidenti Vladimir Putinin ən çox ehtimal olunan varislərindən biri Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu Dmitridir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Abbas Qalyamov deyib.

“Putin sürpriz etməyi sevir, ona görə də onun varisi indi heç kimin bilmədiyi biri ola bilər. Amma Patruşevin oğlu ən çox ehtimal olunan namizədlərdən biridir”, - ekspert bildirib.

Vladimir Putin 20 ildən çoxdur hakimiyyətdədir. Bir sıra ekspertlərə görə, Rusiyanın Ukraynadakı ciddi uğursuzluqlarından sonra ölkədə Putindən narazıların sayı artıb.

Siyasi analitik Olqa Kurnosova hesab edir ki, Rusiya lideri “saray çevrilişi” nəticəsində hakimiyyətini itirə bilər.

Ehtimal olunan namizədə - Dmitri Patruşevə gəlinc, o, Rusiyanın kənd təsərrüfatı naziridir. 1977-ci il oktyabrın 13-də Putinin doğulduğu Sankt-Peterburqda anadan olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.