Tramp prezident seçkiləri ilə bağlı debatda iştirak etməyəcəyini təsdiqləyib

21-08-2023, 10:45           
Tramp prezident seçkiləri ilə bağlı debatda iştirak etməyəcəyini təsdiqləyib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 23-də Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi üzrə debatda iştirak etməyəcəyini təsdiqləyib.

Teref.Az report-a istinadən xəbər verir ki, bu barədə siyasətçi özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"CBS-in yeni sorğusu məni "əfsanəvi" rəqəmlərlə lider olduğumu göstərdi. Tramp - 62%. İctimaiyyət mənim kim olduğumu, prezidentliyimin nə qədər uğurlu olduğunu bilir - enerji müstəqilliyi, güclü sərhədlər və güclü ordu, ən böyük vergi endirimləri, inflyasiyanın olmaması, tarixin ən güclü iqtisadiyyatı və s. Buna əsaslanaraq debat keçirməyəcəyəm"-deyə, o bildirib.

Qeyd edək ki, "CBS" və "YouGov"un keçirdiyi sorğuya əsasən keçmiş prezident Trampın Respublikaçılar Partiyasının tərəfdarları arasında mövqeyi ona qarşı irəli sürülən ittihamlar fonunda güclənib. Respondentlərin 62%-i Trampı prezidentliyə namizəd kimi seçəcəklərini cavablandırıb. İkinci yerdə 16% səslə Florida qubernatoru Ron Desantis qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru